Haqqımızda

"AZCOSMETİCS GROUP" MMC

Təbiətdən İlhamlanan Formullar

Təbiətdən ilham alaraq hazırladığımız xüsusi formulalarımız sayəsində, saçlarınıza yalnız rəng verməklə kifayətlənmir, eyni zamanda qulluq da edirik. Zərərli kimyəvi maddələrdən təmizlənmiş boyalarımız, saçlarınıza zərər vermədən canlı və parlaq bir görünüş qazandırır. Tərkibindəki keratin, arqan yağı və bitki ekstraktları sayəsində saçlarınızı bəsləyir, nəmləndirir və gücləndirir.—

Saçlarınızın Təbii Gözəlliyini üzə çıxarın

Biz peşəkar boyalar, saç və bədənə qulluq kosmetikası istehsalında ixtisaslaşan kosmetika şirkətiyik. 2021-ci ildən etibarən Azcosmetics olaraq peşəkar kosmetika sektorunda fəaliyyət göstəririk və məhsullarımızı 15-dən çox ölkədə (Avropa, Şərqi Avropa, Yaxın Şərq, Asiya və ABŞ daxil olmaqla) təmsil edirik.

İstehsal və Texnologiya

Şirkətimizin istehsalat sahəsi, aylıq 900 min ədəd saç boyasının emalına və qablaşdirilmasına imkan verən avropa avadanliqları ilə təchiz olunmuşdur.Təcrübəli tədqiqatçılarımız texnoloji laboratoriyalarımızda yüksək funksional formulalar yaratmaq üzərində çalışırlar. Peşəkar saç boyaları sahəsindəki yeniliklərimiz bizi bu sahədə lider şirkətlərdən birinə çevirir.Daimi araşdırmalar, inqrediyentlərin diqqətlə seçilməsi və nano texnologiyaların istifadəsi bizə rəqabətədavamlı qiymətlərlə yüksək keyfiyyətli məhsulların geniş çeşidini təklif etməyə imkan verir.

Sertifikatlarımız